ABŞ Gürcüstana hərbi kreyser göndərəcək

ABŞ Gürcüstana hərbi kreyser göndərəcək

ABŞ-a məxsus hərbi kreyser Böyük Vətən Müharibəsinin ildönümündə Gürcüstana gələcək. SİA-nın məlumatına görə, kreyser Qara dənizin akvatoriyasında keçiriləcək təlimlərdə iştirak edəcək.

ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib ki, "Monterrey" kreyseri son illər ərzində mütəmadi olaraq regiona gəlir.

Bir müddət öncə Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus obyektlərin Qara dənizə girməsinə kəskin etirazını bildirmişdi.

XİN-in bəyanatına görə, Ukrayna-ABŞ təlimləri zamanı ABŞ-ın kreyserinin iştirakı qurumda "bir sıra suallar" yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə