Qanunsuz əmək fəaliyyəti ilə məşğul olan bir neçə Azərbaycan vətəndaşı Türkiyədən deportasiya edilib. SİA-nın məlumatına görə, Türkiyə polisinin ölkənin əsas kurort bölgələrindən sayılan Alaniyada apardığı reyd zamanı Azərbaycan, Türkmənistan və Gürcüstandan olan 13 xarici vətəndaş nəzarətə götürülüb.
Məlumata görə, polisin nəzarətə götürdüyü həmin əcnəbilər otel, restoran və
başqa əyləncə məkanlarında işləsələr də, onların bu fəaliyyət üçün müvafiq
icazələri olmayıb.
Saxlanılanlar Türkiyəyə istirahət məqsədi ilə gəldiklərinin iddia etsələr də,
onların qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları sübuta yetirilib.
Nəticədə bir neçəsi Azərbaycan vətəndaşı olmaqla həmin 13 əcnəbi Türkiyədən
deportasiya olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB