Aydın Mirzəzadə: “Dovil bəyanatı problemin həlli üçün şəraitin yetişdiyini göstərir”-AÇIQLAMA
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü ərəfəsində artıq 3-cü ildir ki, müəyyən bəyanatlar səsləndirilir. 2009, 2010 və 2011-ci illərdə 3 həmsədr ölkə müxtəlif bəyanatlar verib. Bu barədə millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında 3 həmsədr ölkə başçısının verdiyi Dovil bəyanatının Kazan görüşünə hansı səviyyədə təsir edə biləcəyinə münasibət bildirərkən deyib.
O bildirib ki, bu yaxınlarda ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Robert Bradke mətbuatda 2009-cu ildə problemin həlli üçün real şərait yarandığını və buna dəstək üçün 3 həmsədr ölkə başçısının bəyanat verdiyini söyləyib. A.Mirzəzadənin sözlərinə görə, bu il də bəyanatın verilməsi və əvvəlkilərdən fərqli olaraq orada konkret istiqamətlərin öz əksini tapması hər 3 böyük dövlətlərin bu işdə müəyyən qədər marağının və şəraitin yetişdiyini göstərir. Millət vəkili qeyd edib ki, bütün bunların hamısının nəticələri dövlət başçılarının görüşü zamanı məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB