Ermənistanda əhalinin əksəriyyətini qocalar təşkil edir. SİA-nın məlumatına görə, BMT-nin Avropa İqtisadi Komissiyası Ermənistanda qocalma probleminin aktuallaşdırılması barədə ilk yol xəritəsini təqdim edib. Layihənin məqsədi qocalardan ibarət olan Ermənistana bu məsələdə yardım etməkdir.
Statistik göstəricilərə əsasən məlum olub ki, hazırda Ermənistanda ölkə əhalisinin 11 faizi 65 yaş həddini keçib. Beləliklə də hesablamalara görə, 2030-cu ildə bu göstərici 18 faizdən çox olacaq.
Bəs bunun əsas səbəbi nədir? Ermənistan niyə qocalır? Araşdırmalar nəticəsində əsas səbəb ortaya çıxıb. Belə ki, gənc ermənilər durmadan ölkəni tərk edir. Ölkədəki siyasi və iqtisadi böhran gəncləri uzaqlaşdırır.
Qeyd edək ki, 2005 ci ildən başlayaraq 5 il ərzində, hər il 15 min gənc Ermənistanı tərk edərək başqa ölkələrə sığınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB