Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin (İH) iclası keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşov gündəliyə təklif olunan məsələlər barədə İH üzvlərinə məlumat verib. Gündəliyə 4 məsələnin daxil edilməsi qərara alınıb.
Əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Prosedur qaydalara uyğun əsasən Şuraya bununla əlaqədar müraciət edən kütləvi informasiya vasitələrinin rəhbərləri həmin KİV-lərin fəaliyyəti barədə arayış verib, sualları cavablandırıblar. Müzakirələrdən sonra "İqtisadiyyat" və "Gəncənin səsi" (Gəncə şəhəri) qəzetləri, "Vision of Azerbaijan" jurnalı, "Salamnews" və "Sosial" İnformasiya Agentlikləri MŞ sıralarına qəbul olunublar.
Sonra Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının və Şikayətlər üzrə Komissiyanın rəyləri əsasında qərarların qəbulu ilə bağlı müzakirələr aparılıb. Şuranın İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə başçılıq etdiyi "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyanın 13 iyun 2011-ci il tarixli iclasının rəyləri barədə məlumat verib. O, üç qəzetin "reket nəşr" adlandırılaraq Mətbuat Şurasının "qara siyahı"sına salınması üçün ciddi əsasların olduğunu qeyd edib. İH üzvləri müvafiq rəyləri və sənədləri nəzərdən keçirərək komissiyanın təkliflərinə yekdilliklə səs veriblər.
Beləliklə "Sağlamlıq keşiyində", "Əyalətin səsi" və "Vətəndaş haqqı" qəzetlərinin də adlarının Şuranın "qara siyahı"sında yer alması razılığına gəlinib.
İclasda MŞ-nin Şikayətlər üzrə Komissiyasının rəyləri əsas götürülərək "Ağdam" və "Azərbaycan cəmiyyəti" qəzetlərinə Mətbuat Şurasının xəbərdarlığı olunub. Əyalət qəzeti ilə bağlı məsələyə baxılarkən məlumat verilib ki, Ağdam Rayon İcra Hakimiyyəti təsisçilərindən olduğu həmin mətbu nəşrlə bağlı MŞ-nin tövsiyyə xarakterli məktubunu müzakirə edib. İcra hakimiyyətindən Şuraya daxil olan cavabda bildirilib ki, məsələ qəzetin redaktoru Bəxşeyiş Hətəmlinin iştirakı ilə geniş müzakirə olunub və mətbu nəşrdə etik normaların pozulmasına yol verdiyi üçün ona xəbərdarlığı edilib. İdarə Heyəti məktubu məsələyə prinsipial yanaşma nümunəsi kimi dəyərləndirib. İH-nin "İşgüzar", "Yeni səhər" və "Cənub xəbərləri" (Masallı) qəzetləri ilə bağlı qərarlarında isə həmin nəşrlərdə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra bəndlərinin tələblərinə sayğısız yanaşdığı ifadəsini tapıb.
Növbəti məsələdə milli mətbuatımızın 136-cı ildönümünün qeyd olunması ətrafında diskussiyalar gedib.
Qərara alınıb ki, bu məqsədlə Bakı şəhərində olduğu kimi bölgələrdə də tədbirlər keçirilsin. Səslənən təkliflər sırasında müxtəlif tematik regional tədbirlərin reallaşdırılması məqsədə müvafiq sayılıb.
Cari məsələdə amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devisin Bakıda naməlum şəxslər tərəfindən təzyiqə məruz qalmaları müzakirə olunub. İH üzvləri xarici ölkə vətəndaşlarına yönələn zorakılıq faktını pisləyiblər. Bunu ölkəmiz barədə mənfi fikir yaratmağa yönələn təxribat xarakterli əməl kimi dəyərləndiriblər. Qərara alınıb ki, hadisəni törədənlərin tezliklə tapılıb qanuna müvafiq surətdə cəzalandırılmaları üçün MŞ hüquq-mühafizə orqanlarına müraciət ünvanlansın.
İclasda Şuranın Ahıl Jurnalistlər Məclisinin ötən əsrin 60-cı illərinin jurnalistləri ilə görüş təşkili təklifi razılıqla qarşılanıb. Tədbirin iyunun sonunadək reallaşdırılması istiqamətində iş aparılması məqsədəuyğun sayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



