Rusiya Duması Azərbaycan-Rusiya sərhədi ilə bağlı razılaşmaya baxacaq

Rusiya Duması Azərbaycan-Rusiya sərhədi ilə bağlı razılaşmaya baxacaq

Bu gün Rusiya Dövlət Duması bu ölkənin Azərbaycan və Gürcüstanla dövlət sərhədindən Xəzər dənizinə qədər quru sərhədləri möhkəmlədən Rusiya ilə Azərbaycan arasındakı müqaviləyə baxacaq. SİA-nın xəbərinə görə, ötən ilin sentyabrında Bakıda imzalanan müşayidəedici sənədlərdə xətlər keçmiş Dağıstan Muxtar Respublikası və Azərbaycan arasında qədim inzibati sərhədlərə uyğundur.

Qeyd edək ki, bu Rusiya Azərbaycan arasında sərhədlə bağlı ilk sənəddir. Bundan əvvəl rəsmi Moskva bəyan etmişdi ki, Rusiya ilə Azərbaycan arasında torpaq mübahisəsi yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə