Düşmən bir neçə istiqamətdə mövqelərimizi atəşə tutub

Düşmən bir neçə istiqamətdə mövqelərimizi atəşə tutub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən silahlıları iyunun 15-də saat 13.25-dən 13.55-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 11:30-dan 11:35-dək və iyunun 16-da saat 01:30-dan 01:35-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 01:10-dan 01:25-dək və 01:40-dan 01:55-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə