Sabunçu RİH-nin başçısı: "Ulu Öndər Heydər Əliyev Azərbaycanı xaosdan və anarxiyanın caynağından xilas etdi"
Azərbaycanı 1990-cı illərin əvvəllərində düşmüş olduğu dərin və böhranlı durumdan vətəndaş qarşıdarmasından, xaos və anarxiyanın caynağından Ulu öndərimiz Heydər Əliyev xilas etdi. SİA-nın məlumatına görə, bu gün Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının qərargahında 15 İyun Milli Qurtuluş Günü ilə bağlı keçirilən tədbirdə Sabunçu rayon icra hakimiyyətinin başçısı Əlibaba Əliyev belə deyib.
O qeyd edib ki, 1993-cü ilin 15 iyununda Ümummilli Liderimiz Heydər Əliyev siyasi hakimiyyətə qayıtmaqla sovet dönəmində öz xalqı və milləti üçün görmüş olduğu möhtəşəm işlərini davamını həyata keçirməyə başladı. Ə.Əliyev bu gün ulu öndər siyasətinin Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirldiyini, Azərbaycanın günü-gündən öz inkişafının ən yüksək pilləsinə doğru irəlilədiyini də vurğulayıb.
Tapdıq Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB