Asif İmaməliyev: "1993-cü ildə bir daha Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı sumqayıtlıların sönməkdə olan ümidlərini yenidən işıqlandırdı" - MÜNASİBƏT
Azərbaycan xalqı özünün növbəti Milli Qurtuluş Gününü qeyd etməkdədir. Bu, tarixin əbədiyyət simvolu kimi Azərbaycan tarixində önəmli və xüsusi yeri mövcuddur. Eyni zamanda, 15 iyun tarixinin əlamətdar xüsusiyyətlərindən biri də odur ki, bu tarix bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd edək ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, dünyada gənclik şəhəri kimi qəbul edilən Sumqayıtda da bu bayram geniş və kütləvi şəkildə keçirilir. Ələlxüsus, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Sumqayıt şəhər icra hakimiyyəti ilə birlikdə keçirdiyi tədbirlər daha geniş müstəvidə yer alır. Bu barədə qəzetimizə açıqlama verən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, zəngin dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevin sayəsində 1969-cu ildən sonra Azərbaycanın, o cümlədən, Sumqayıt şəhərini uzaq ölkələr belə, daha yaxından tanıdılar: "Bu ənənə Heydər Əliyev tərəfindən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı vaxtlarda da davam etdirilmişdir. Baxmayaraq ki, O, Moskvada yaşayırdı və böyük bir dövlətin mühüm işləri ilə məşğul olurdu. Lakin bununla belə, bu vətənpərvər insan və dahi fenomen bir an da olsun, öz doğma vətənini yaddan çıxarmır, əksinə, ölkəsinin inkişafı naminə fəaliyyətini daha da artırır, əlinə düşən fürsətlərdən maksimum yararlanmağa çalışırdı".
A.İmaməliyev eyni zamanda, vurğuladı ki, zamanında öz keçid dörünü yaşayan respublikamız üçün, həmçinin də, sənaye şəhəri olan Sumqayıt şəhərinin inkişafı üçün işlənmiş proqramlara Ulu Öndər şəxsən nəzarət edirdi. "Bunu təsdiqləmək üçün 2003-cü il 3 aprel tarixini xatırlamaq kifayət edər. Həmin tarixdə Ümummilli Liderin Sumqayıta gəlişi şəhərimizin həyatında əlamətdar hadisəyə çevrildi. Onun fəallar yığıncağındakı çıxışı - kəskin və obyektiv iradları, tövsiyyələri Sumqayıt şəhərinin yeni rəhbərliyinin qarşısında qoyduğu vəzifələr şəhərin inkişafında və simasının dəyişilməsində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin bu tarixi səfərindən sonra Sumqayıt şəhərində nəhəng layihələrin həyata keçirilməsi bu gün də davam etdirilməkdədir. Təbii ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daha böyük işlərin keçiriliməsi üçün, xalqına daha yaxşı, fərəvan həyat bəxş etmək üçün səylərini inamla artırır. Belə ki, şəhərimizdə davamlı olaraq abadlıq işləri görülür, bir çox mədəniyyət, təhsil, tibb ocaqları yenilənir, ekoloji vəziyyət yaxşılaşdırılır, enerji sisteminin keyfiyyətinin yüksəldilməsi üçün ən moderin texnoligiyalar tətbiq olunur. Təbii ki, bütün bunlar məhz 15 iyun 1993-cü ildə baş verən siyasi hadisənin mütləq və uğurlu nəticəsidir".
A.İmaməliyev bu münasibətlə Sumqayıt şəhərində keçirilən tədbirlərlə bağlı da fikir səsləndirdi. Birldirdi ki, YAP Sumqayıt şəhər təşkilatının 270 ilk ərazi təşkilatı mövcuddur və bu təşkilatların hər birində ayrı-ayrılıqda 15 İyun Milli Qurtuluş Günü ilə bağlı iclaslar, konfranslar keçirilmiş, hər bir partiya üzvü bu iclaslarda iştirak etmiş, öz ürək sözlərini demişdir.
Sonda YAP Sumqayıt təşkilatının sədri bütün Azərbaycan xalqını bu bayram münasibətilə təbrik etmiş və öz xoş arzularını bildirmişdir.
RÖVŞƏN RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB