ATİ-nin dosenti: \"Azərbaycanda turizm sektoru genişlənir və yenilənir\" - MÜSAHİBƏ

ATİ-nin dosenti: \"Azərbaycanda turizm sektoru genişlənir və yenilənir\" - MÜSAHİBƏ

Azərbaycan Turizim İnstitutnun dossenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minəxanım Əsədovanın SƏS TV-yə müsahibəsi


- 2011-ci il Azərbaycanda turizim ili élan olunub. Bu il xarici ökələrdən Azərbaycana turist axının sayının artacağı nə dərəcədə gözləniləndir?

- 2011-ci ilin Azərbaycanda \"Turizim ili\" élan olunması çox sevindirici və fəxr olunası bir haldır. Ona görə ki, Azərbaycan mədəniyyət sahəsində, iqtisadiyyat sahəsində ümumiyyətlə, bütün sahələrdə yaxşı mənada tanınmğa başlayıb. Turizim sahəsində də Azərbaycanın xarici dövlətlərdə tanınması çox önəmli və yaxşı bir haldır. Bu mənada Azərbaycana turizim axınını olması və Azərbaycanı bu axının qarşısında fərəhlə yüksək səviyyədə dayanması mümkündür və vacibdir.


- Azərbaycanın turizim istirahət mərkəzlərində qiymətlər xarici ölkələrlə müqayisədə bahadır. Bu problemin həlli yolu varmı?

- Bilirsiz, indiki qiymətlər ola bilsin ki, daxili turistlər üçün bahadır, amma müqayisədə xarici turistlər üçün o dərəcədə də baha deyil. İkincisi də, bahalıq məsələsinin həll olunması ondan ibarətdir ki, turist bazaları getdikcə artır və artdıqca qiymətlər də yavaş-yavaş normallaşacaq. Azərbaycan turizim sahəsində hələ ilk addımlarını atır və buna görə də bu sahədə çatışmamazlıqlar da olacaq, mənfi və müsbət tərəfləri olacq, bu, təbii haldır. Ümid edirəm ki, Azərbaycanda turizim sektoru inkişaf etdikcə, şəbəkə genişləndikcə qiymətlərdə normallaşacaq. Azərbaycan bu sahədə çox gənc olsa da böyük addımlar atır və bu sahədə inkişaf sürətlə getsə qiymətlər də öz normal vəziyyətinə düşəcək.


- Azərbaycan möhtəşəm misiqi festivalına "Avroviziya 2012"yə hazırlaşır. Turizim şirkətləri xarici qonaqları yüksək səviyyədə qarşılamağa hazırdırmı?

- Buna çox böyük hazırlıq gedir. Qarşımızda bir il müddət var və bu müddətdə bu il turizim institutunda yüksək səviyyəli kadrlar yetişir ki,onalr bu səviyyədə çox böyük kömək edəcəklər. Qeyd edim ki, bu axının qarşısına çıxmaq üçün indidən çox böyük hazırlıqlar gedir , turizim sektoru genişlənir və yeniləri yarnır. Eyni zamanda təbiətin Azərbyacana verdiyi o gözəllik, ətraf mühit imkan verəcək ki, Azərbyacan bu dünya turistlərinin axını qarşısında dura bilsin.


- Turizim İnstitutu olaraq mütəxəssis hazırlığı necə həyat keçirilir?

-Bizim məzun tələbələrimiz beynəlxalq səviyyəli işçi kimi turizmdə otelçilik ixstisasına görə imtahan verirlər. Onlar 4 dili ana dili kimi bilməlidirlər: rus, ingilis, fransız və alman. Seçmə fənn olaraq bu dilləribilirlər və bu dillərdə sərbəst danışırlar. Bu il çox savadlı və yüksək səviyyəli azərbaycanlı tələbələr məzun olacaq ki, hansı dildə lazım olsa, o dildə dı danışacaqlar. Bu il ilk dəfə olaraq İnstitutumuzu muzeyşünaslar da bitirir. Onlarda muzey işini bilməklə bərabər, muzetin tarixini bilməklə bərabər dillərə də çox yaxşı yiyələnirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə