Politoloq: “Avropa Birliyinin \"Nabucco\" sənədinin imzalanmasını tələb etməsi Azərbaycan üçün təhqirdir”

Politoloq: “Avropa Birliyinin \"Nabucco\" sənədinin imzalanmasını tələb etməsi Azərbaycan üçün təhqirdir”

\"Avropa Birliyinin mövqeyində kifayət qədər çaşdırıcı və təhlükəli məqamlar var\". SİA-nın xəbərinə görə, bu barədə danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki dövründə Avropa Birliyinin \"Nabucco\" sənədinin imzalanmasını tələb etməsi Azərbaycan üçün təhqirdir. "Onda ortalığa sual çıxır nəyə görə, Avropa Birliyi Azərbaycan çıxıb Avropa tərəf gedən kəmərlərin təhlükəsizliyini nəzərə almayıb? Onlar niyə fikirləşməyiblər ki, Ermənistan terrorçu bir dövlətdir və Azərbaycanın ətrafında istənilən hadisəni törədə bilərlər? Amma erməni siyasətçiləri danışan kimi ilk növbədə bildirir ki, müharibə başlayan kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərini partladacaqlar. Bir tərəfi Azərbaycandırsa, digər tərəfi də Avropadır. Ermənistan bizim düşmənimizdir, bəs onda Avropanın nəyidir?. Deməli Ermənistan Avropanı da heçə sayır. Belə olduğu təqdirdə niyə Avropa Ermənistana hər hansı bir münasibət bildirmir? Dağlıq Qarabağ münaqişəsinin indiki tənzimlənmə məsələsi Avropa Birliyi tərəfindən "Nabucco"nun israrla tələb etməsi həqarətdir. Təşkilat rəsmiləri təcili sürətdə bu məsələni Ermənistanla müzakirə etməlidir. Əgər Ermənistan Avropaya gedəcəyi kəmərləri partlatmayacağı ilə bağlı bəyanat vermirsə, Avropa Birliyi Ermənistanla münasibətlərinə baxmalıdır. 9 milyonluq Azərbaycana da 100 milyon avroluq vəsait, Ermənistana da eyni həcmdə vəsait ayırır. Bizə ayrılan vəsaitin hamısı kredit formasındadır. Ermənistana ayrılan 100 milyon vəsaitin isə 35 milyonu qrant formasında, qalan 65 milyonu isə güzəştli şərtlərlə kredit formasındadır. Onda belə çıxır ki, biz Avropaya qaz verməklə, qaz kəmərlərimizi daha da təhlükə altına qoyuruq. Avropa Birliyinin rəsmiləri bu və ya digər suallara cavab tapılmalıdır. Əgər tapılmasa \"Nabucco\" üçün kifayət qədər gərgin vəziyyət yaranacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə