Əli Abdulla Salehin vəziyyəti pisə doğru gedir. SİA-nın məlumatına görə, keçən həftə prezident sarayına edilən hücum zamanı yaralanan və müalicə olunmaq üçün Səudiyyə Ərəbistanına aparılan Salehin vəziyyəti yenidən pisləşib. Bu barədə Salehin müalicə aldığı xəstəxananın səlahiyyətliləri məlumat verib: \"Xəstəxanımıza çox ağır vəziyyətdə gətirilən Əli Abdulla Saleh keçirilən mərhələli əməliyyat nəticəsində həyati təhlükəni sovuşdurmuşdu. Lakin bu gün axşam saatlarında ürək nəbzi yenidən zəiflədi və Salehin vəziyyəti ağırlaşdı. Əsas problem isə xəstənin nəfəs ala bilməməsidir. Dövlət başçısı ilə yanaşı, baş nazir Əli Məhəmməd Mücavər və məclis rəhbəri Əbdüləziz Əbdülqaninin də vəziyyəti ağırdır\".
Qeyd edək ki, Riyad şəhərində müalicə olunan Saleh keçən həftə baş verən hücumda ağır yaralanmış, hətta bəzi qaynaqlardan verilən məlumata görə, bədəninin yarı hissəsi yanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB