SəsTV-nin bugünkü müsahibləri Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Həmidağa Əliyev, YAP Nizami rayon təşkilatının Gənclər Birliynin sədr müavini Ruslan Əliyev və YAP-ın Qaradağ rayonu təşkilatının Gənclər Birliyinin sədri Heyran İsaxlıdır.
- 2011-2015-ci illər Gənclərin inkişafı haqqında Dövlət Proqramının qəbul olunması ilə bağlı prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Bu sərəncam gənclərin inkişafında hansı rolu oynaya biləcək?
Ruslan Əliyev:- Bildiyiniz kimi ulu öndər Heydər Əliyev gənclərə böyük diqqət, qayğı göstərirdi və bunun hamımız canlı şahidi olmuşuq. Indi də ümummilli liderimizin layiqli davamçısı prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Gənclərə böyük diqqət ayrılır, həm idmanda, həm mədəniyyət sahələrində, həm də dövlət sektorunda böyük qayğı göstərilir. Bu proqramın gənclərə yalnız böyük köməyi olacaq. Artıq gənclərimiz tərəfindən çoxlu təkliflər verilib. Bu yaxınlarda prezidentimiz gənclərlə görüşdə bu təklifləri qəbul etdi. Eyni zamanada xüsusi komissiya yaradılıb, təkliflər hazırlanır və bunun üzərində işlər gedir.
Bundan əlavə "Evrovisiya" yarışmasında Azərbaycanı təmsil edən Eldar və Nigar böyük uğurlar qazanaraq gənclərə dövlətimiz tərəfindən dəstəyin lazımi şəkildə göstərildiyini bir daha sübut etdilər. Bu da bizim, Azərbaycanımızın gəncliyimizə göstərdiyi ən böyük diqqət və qayğıdır. Azərbaycanda gənclərlə bağlı aparılan siyasət Ulu Öndərimiz Heydər Əliyevin dövründən - 1995-ci ildə yaratdığı gənclər birliyi bunun təzahürüdür. Hazırlanmış gənclər siyasətində Azərbaycan gənclyinin problemlərinin araşdırlması, Azərbaycan gəncliyinin təhsili və başqa məsələlər öz əksini tapmışdır.
- Gənclərin bu günkü içtimai-siyasi həyatında fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?
Həmidağa Əliyev:
- Əlbəttə, qənaətbəxş hesab etmək olar. Çünki hamımız bələdik ki, Azərbaycan gəncliyi böyük potensial qüvvəyə malikdir və bu gün həyata keçirilən bütün tədbirlərdə və layihələrdə məhz Azərbaycan gənclərinin çıxış etməsi, iştrak etməsi məhz bunun bariz nümunəsidir. Son dövrlərdə əldə olunan uğurlar, qələbələr Azərbaycan gəncliyinin inkişafından xəbər verir. Azərbaycan gəncliyi ölkənin bütün sahələrində içtimai-siyasi sahələrdə geniş təmsil olunur ki, onların bu fəaliyyəti Azərbaycan gəncliyinin potensialından xəbər verir. Bu baxımdan prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, dövlət başçısının gənclərlə görüşü çox mühüm əhəmiyyət kəsb edirdi. Tədbirdə layiq olan cəhədlərdən biri də məhz gənclərlə bağlı həyata keçirilən proqramda, gənclərin öz fikirlərini bildirməsi çox təqdirəlayiq bir hadisə hesab olunur.
- Azərbaycanın bu günkü gəncliyinin adı ilə əməli üst-üstə düşürmü?
Heyran İsaxlı:
- Bildiyimiz kimi Heydər Əliyev siyasi hakimiyyətə qayıdışından sonra gənclərin himayədarı kimi çıxış etməklə gənclər siyasətini dövlətin əsas istiqamətlərindən biri kimi elan etmişdir. Təsadüfü deyil ki, bu gün də gənclər siyasəti dövlətimizin prioritet istiqaməti sayılır. 1994-cü ildən Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş bu siyasət, hal hazırda İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun məntiqi nəticəsi olaraq gənclərlə bağlı müxtəlif forumların həyata keçirilməsi, gənclərlə bağlı müxtəlif proqramların dövlət başçısı İlham Əliyev tərəfindən imzalanması və digər gənclər təşkilatların yardılması dövlətin gəclər proqranına olan qayğısı və diqqətindən xəbər verir.
- Bu gün Azərbaycan gəncliyinə dövlət tərəfindən böyük qayğı göstərir. Bir müddət bundan öncə bəzi sosial şəbəkələrdə gənclər arasında qarşılıqlı çaxnaşma yaratmaq istəyirlər. Buna sizin münasibətinizi bilmək istərdik.
Həmidağa Əliyev:
- İlk növbədə fikirləşirəm ki, belə bir hal çox az bir gənc tərəfindən həyata keçirilə bilər, yəni bu, kiçik bir qrupun haray-həşiridir. Bunu bütün Azərbyacan gəcliynə aid etmək olmaz. Bu kimi tədbirlərin sifarişi cəmiyətdən yox, xaricdən para alan radikal müxalifətdən gəlir. Son zamanlar da dövlətimizin gənclərələ bağlı həyat keçirdiyi siyasət Ümummilli Liderimiz Heydər Əliyevin və həmçinin prezidentimiz İlham Əliyevin gənclərə göstərdiyi qayğı təqdir olunmalıdır. Düşünürəm ki, bir daha neqativ hallar təkrar olunmayacaq.
Ruslan Əliyev:
- Biz YAP-ın Nizami rayon gənclər təşkilatı olaraq bu istiqamətdə böyük işlər görməyə çalışırıq. Bunlardan biri sosial şəbəkədə - "Facebook"da yaratdığımız bir neçə qruplardır. Həmin qruplarda iştirak edən bizim gənclərimiz istər YAP-ın üzvü olsun, istər bitərəf olsun orda diskussiya aparılır. Bır Azərbaycan gəncini ki, erməni dəstəkləyir, bu Azərbaycana qarşı ən böyük terrordur. Yəni bu Azərbaycan gənclyinin Azərbaycana qarşı yönəldilməsidir. Sosial şəbəkələrdə biz onların bir çoxunu bu yoldan uzaqlaşdırmışıq və artıq onların qrupları yoxdur və inanıram ki, sosial şəbəkələrdə belə bir problemlər yaşanmayacaq.
Heyran İsaxlı:
- Zənnimcə gənclərin müəyyən sosial şəbəkələrdə fəallaşması heç də daxili amilərllə bağlı deyil. Hər bir cəmiyyətdə mövcud olan, xüsusilə də Azərbaycan kimi ölkələrin müəyyən problemlərin olması hansısa bir sosial şəbəkələrdə qabardılması və gənclər tərəfindən ölkə iqtidarına qarşı istifadə olunmasını daxili amillərdən çox, xarici amillərlə bağlamaq istəyirəm. Bunu da vurğulamaq istəyirəm ki, onların əsas arqumentləri ondan ibarət olur ki, xarici ölkələrdə baş verən hadisələri ölkəmizə transfer etsinlər. O, ölkələrdə baş verən hadisələr heç də müsbət hadisələr deyil və onu Azərbaycan gəncləri tərəfindən qəbul olunmayacaq. Cənab İlham Əliyevin başçılıq etdiyi YAP ölkədə ən böyük siyasi nüfuza malik olan bir partiyadır və onun gənclər birliyi özündə 200 mindən çox gənci birləşdirir. 9 milyonluq xalq üçün bu böyük bir güc deməkdir. Qaradağ rayon təşkilatı gənclər birliyi tərəfindən gəncləri doğru yolay önətmək üçün müəyyən proqramlar tətbiq edirik.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB