“Dağlıq Qarabağ problemi bütün Türk dünyasının qanayan yarasıdır” – MÜSAHİBƏ (SəsTV)

“Dağlıq Qarabağ problemi bütün Türk dünyasının qanayan yarasıdır” – MÜSAHİBƏ (SəsTV)

SəsTV-nin növbəti qonaqları Atatürk Mərkəzinin şöbə müdiri, Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı və Birliyin Məclis üzvü, yazıçı publisist Oktay Hacı Musalıdır

- Türkdilli ölkələ arasında əməkdaşlıq əlaqələrini qənaətbəxş hesab etmək olarmı?

Əkbər Qoşalı:

- Neçə ki arzulanan türk birliyi həyata keçməyib, bütün səylər o məqsədə gedən yolun aşılması kimi qəbul edilməlidir. Düşünürəm ki, əlaqələri hələlik qənaətbəxş hesab etmək olmaz. Əgər bu sahədə fəaliyyəti qənaətbəxş hesab ediriksə, onda bunu fəaliyyətin başaçatma mərhələsi kimi qəbul etmək olar ki, bu da duğru olmaz. Məhz bu nöqtədə onu da vurğulamaq istərdim ki, dediyimiz bu sahədə türk birliyi, türk dünyası, türksoylu xalqların yaxınlaşması sahəsində çox təəssüf ki, əsasən Türkiyə və Azərbaycan dövlətləri öncüllük edir. Yaxşı olardı ki, bütün türk coğrafiyası, bütün müstəqil türk dövlətləri və gələcəkdə türk toplumları bu məsələdə bir yerdə olsunlar və bizim arzuladığımız "qənaətbəxş fəaliyyət mərhələsi"nə gəlib çıxmış olsun.

- Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan türkdili ölkələr arasında "Şengen" müqaviləsinə uyğun razılaşmanın əldə olunmasının vacibliyi barədə təklif irəli sürüb. Bu təklifin rellaşması nə dərəcədə realdır?

Oktay Hacı Musalı:

- Bildiyimiz kimi sovetlər birliyi dağıldıqdan sonra yeni bir dövrə qədəm qoyduq, 7 türk cümhuriyyəti öz müstəqiliyini elan etdi. Bununla da dünyada dəngələr dəyişməyə bşladı. Belə bir zamanda sözsüz ki, Türk dünyası yeni bir mərhələyə qədəm qoyurdu. Bu mərhələ bizim artıq dünyaya romantik türkçülük baxışı ilə deyil, realist baxışla baxmamızı təmin edirdi. Bu gün bizim Azərbaycan olaraq və bütövlükdə Türk dünyası olaraq "Şengen" vizasına bizim münasibətimiz birmənalı şəkildədir. Bu olmalıdır, lakin bəzi məqamlar var ki, onlar gözardı edilməməlidir. Bu gün bizim aramızda iqtisadi, sosial, siyasi sferalarda olan əməkdaşlıqlara realist nöqteyi-nəzərdən baxılmalıdır.Yəni ölkələr arasında maraqlar baxımından baxılmalıdır, sadəcə olaraq qardaşlıq, dostluq əlaqələri əsas planda götürülməməlidir. Hər bir dövlətin özünün bölgəsəl, geopolitik maraqları var və bu geopolitik maraqlardan çıxış edərək dövlətçilik ənənələrinə sadiq olaraq, istər Azərbaycan, istərsə də digər türkdilli dövlətlər öz maraqları çərçivəsində bu işi reallaşdıra bilərlər.

Bir məsələ var burda: Bu hansı şəkildə mövcud olar. Bildiyimiz kimi Avropada yaşayan hər hansı bir şəxs Yunanstandan çıxıb rahat bir şəkildə İtaliyaya gedə bilir. Belə deyək ki, burda artıq nə pasporta ehtiyac var, nə də sərhəd keçməyə ehtiyac var, sadəcə olaraq bir ölkədən digər bir ölkəyə keçir. Bu gün baxaq görək dünya bunu istəyirmi? Biz hansı güclər qarşısında dayanmışıq və bu güclər nələri istəyir, nələri istəmir. Bu gün biz hər şeyə romantik bir şəkildə yanaşsaq, o zaman qardaşlarımızla bir araya gəlməliyik. Ortaq bir məsələ müzakirə etməkdən əlavə, həm də biz iqtisadi birlikdən söhbət etməliyik. Bu gün "Şengen" vizası eyni zamanda türkdilli ölkələr arasında sosial-iqtisadi sferanı genişləndirəcəksə, bu sözsüz ki, labüd məsələdir. Amma 15 il ərzində bir araya gəlib, sonra da məsələni orda qoyub çıxıb gedəcəyiksə artıq bu gərəksizdir.

- Türkdilli ölkələr arasında Tükdilli Dövlətlərin Konfederasiyasının yaradılması nə dərəcədə mümkündür?

Əkbər Qoşalı:

- İnşallah, bu mümkün olacaq və buna ehtiyac da var. Oktay müəllimin açıqladığı bu məsələlərdə içtimai platformadan bu məsələlərə münasibət sərgiləyib və ehtiyacın nə dərəcədə böyük olduğunu göstərib. Artıq bu sahədə atılmış müəyyən addımları şüküranlıqla qeyd etməliyik. Türk Parlament Assambleyasının yaranmasını, o cümlıədən Azərbaycanın ev sahibliyi ilə Naxçıvanda 2009–cu ilin payızında keçirilmiş Türksoylu Ölkələrin dövlət başçılarının zirvə görüşünü, ondan bir il sonra İstanbul şəhərində keçirilmiş növbəti görüşdə Türkdilli dövlət başçılarının daimi şurasının yaradılmasını sizin dediyiniz istiqamətdə atılmış addımlar kimi qiymətləndirmək olar. Bütün bunlar bu məsələnin zəruri mərhələləridir. Sizin dediyiniz o konfederasiyaya gəlmək üçün məhz bu addımları atmaq gərəkdir. Digər tərəfdən yaxşı olardı ki, sizin dediyiniz qarşı tərəf o, konfederasiya yaranana qədər Türksoylu ölkələrin nazirlər şurası da yaransın. Ayrı-ayrı nazirliklər arasında, ayrı-ayrı qurumlar arasında, hətta içtimai birlikiklər arasında münasibətlər daha dərin məzmun kəsb etsin. Türksoyun fəaliyyəti daha geniş miqyaslaşsın, o cümlədən bizim təşkilatlar kimi dünyaya gəlmiş "Türk Yazarlar Birliyi" kimi Qazaxstanda, Türkiyədə, Azərbaycanda bu gün də fəaliyyət göstərən digər içtimai birliklərin bir konfederasiyası olsun. Bildiyimiz kimi bu sahədə də müəyyən cədlər var. Qeyri Hökümət Təşkilatlarının Türksoylu ölkələrin QHT-nın konfederasiyasının yaradılması və ya başqa adla bir formal yaradılması cəhdləri var. Bütün bunların hamısının nəhayətdə gəlib alt qurumlar olaraq Türksoylu dövlətlərin konfederasiyasına çıxarılmalıdır. Bu zamanın tələbidir, biz nə vaxt ki, ortaq türk keçmişindən qorxmuşuq o vaxtdan da şüuraltı ilə bəlkə də bir çox ziyalılarımıza, bir çox dövlət xadimlərimizin timsalında məqsədyönlü şəkildə ortaq gələcəyə yaxınlaşırıq.

- Türkdilli dövlətlkərin arasında eləsi var ki, işğal edilmiş Dağlıq Qarabağa görə Ermənistanı hələ də işğalçı dövlət kimi tanımayıb. Bu vəziyyəti necə şərh etmək mümkündür?

Oktay Hacı Musalı:

- Ümumilikdə, bu, Türkdilli dövlətlərin vahid bir mərkəz ətrafında formalaşa bilməməsindən irəli gəlir. Bölgədə vahid güc olaraq bəzi dövlətlərin təsiri varsa, sözsüz ki, bu nəticə etibarilə tütk birliyninin yaranmasına böyük maneçiliklət törədir. Düşünək ki, Qırğızstanın keçmiş prezidenti Əsgər Akayev Ermənistana səfəri zamanı Ermənistan prezidenti ilə bərabər "erməni soyqırımı" abidəsi önünə əklil qoyur və baş əyir. Bu hər hansı bir normal türk düşüncəsinə sahib, milli kimliyə, milli düşüncəyə sahib bir dövlət başçısı bunu edə bilərmi? Mümkün deyil. Bu sadəcə olaraq mövcud bölgədə olan gücün 70 il və ondan daha əvvəlki ölkədə hegemon olan gücün Orta Asiyada təzahür edən parıltılarıdır. Günün bu günündə də tək Qırğızstandan söhbət getmir. Digər türkdilli dövlətlər, Şimal Qıbrız Türk Cümhuriyyətini çıxmaq şərti ilə heç bir türkdilli dövlətlər buna heç bir reaksiya vermir. Ən yaxşı halda səssiz qalırlar. Çünki Dağlıq Qarabağ ümumilikdə bütün Türk dünyasının qanayan yarasıdır. Xocalı faciəsi, soyqırımı ilə bağlı biz hələ də səsimizi dünyaya çatdıra bilməmişik. Azərbaycan və Türkiyədən kənarda olan digər türk cümhuriyyətləri bu mənada heç bir dəstək vermirlər. Dəstək verilirsə də bu çox azdır, demək olar ki, görünmür.

Əkbər Qoşalı:

- Əlbəttə, bu, türk birliyində bir çat yaradır. Bu da bizim türk dünyasının çatıdır. Bizim müstəqil türk dövlətlərinin ayrı-ayrılıqda hər birinin alyanslarda olmasını və ya bitərəf olmasından irəli gəlir. Ayrı-ayrı siyasi rejimlərə dövlət quruluşlarına mənsub olmasından irəli gəlir. Ona görə də zaman-zaman Azərbaycanın, Türkiyənin, Orta Asiya dövlətləri ilə sıx əməkdaşlığı, hesab edirəm ki, bizim daha çox dünyanı xarakterizə edən dövlət qurluşunun demokratik ənənələrin oturuşması hüquqi demokatik dövlət quruculuğunun ələxsus bizim bu günkü mövzumuzda olan türk birliyi ideyası istiqamətində dövlətlərin necə fəaliyyət göstərməsi Orta Asiyaya yansıması olacaqdır. Bu sahədə çox təssüflər olsun ki, Türkiyə ilə Özbəkstan arasında problemlər var. İki qardaş ölkə arasında bu arzuolunmaz bir münasibətdir. Qırğızstanın son illər yaşadıqları özünü bir dövlət kimi göstərməsinə tamamilə mane olur. Türkmənstan neytral olaraq qalır, Qazaxıstanın bu sahədəki müəyyən cəhdlərini biz qiymətləndirməliyik. Qazaxıstan prezidentinin dünya miqyaslı bir siyasətçi olmasından Azərbaycana, Türkiyəyə könül vermiş bir insan olmasından irəli gəlir. Müəyyən müsbət emosiya doğuran cəhdləri, hərəkətləri qeyd etmək olar. Bütün bunlarla bərabər mən sizin jurnalist olaraq qoyduğunuz sualları tam haqlı hesab edirəm. Bizim hər bir vətəndaşımız narahat olduqca, hər bir təhsisat, kütləvi informasitya vasitələri bu məsələləri gündəmə daşıdıqca, aktuallaşdırdıqca insanlarımızın maariflənməsi də artacaqdır. Çünki dövlətlər arası münasibət heç də bir içtimayyətdən qopmaq deyil. Vətəndaş cəmiyyətlərinin də bu sahədəki fikirləri, önəriləri zaman-zaman dövlətin siyasətinə yansımış olur.

Bütün xəbərlər Facebook səhifəmizdə