Prezident İlham Əliyev həmsədrləri qəbul edib

Prezident İlham Əliyev həmsədrləri qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

SİA-nın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə