Hüseyn Bağırov: “Ermənistan “Metsamor” AES-nin fəaliyyəti ilə dünyanı şantaj edir”

Hüseyn Bağırov: “Ermənistan “Metsamor” AES-nin fəaliyyəti ilə dünyanı şantaj edir”

Ermənistanda \"Metsamor\" atom elektrik stansiyasının (AES) fəaliyyət göstərməsində siyasi motivlər böyük rol oynayır. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

"Bu qənaətdəyəm ki, burada energetika ilə bağlı məqamlar çox kiçikdir, siyasi motivlər isə çox böyükdür. Bizə məlum deyil ki, Ermənistan bu siyasi motivlərdən nə qazanmaq istəyir və nə qazanacaq? Bu ölkə ilk növbədə öz əhalisini təhlükə altında qoyur. Eyni zamanda, qonşu ölkələr üçün də təhlükə yaradır", - deyə o əlavə edib.

\"Ermənistan bu AES-in fəaliyyəti ilə dünyanı şantaj edir\" deyən nazir vurğulayıb ki, dünya ölkələrinin nüvə energetikasına münasibəti sürətlə dəyişir: "İnkişaf edən Yaponiya təhlükə qarşısında qaldı, Almaniyada təhlükəsizlik baxımından daha ciddi tədbirlərin görülməsi barədə düşünülür. Onda belə hesab etmək olar ki, Ermənistan çox primitiv, artıq imkanları tükənmiş AES-nin fəaliyyət göstərməsi ilə ancaq dünyanı şantaj edir".

Bütün xəbərlər Facebook səhifəmizdə