“Crystal Butterfly” II Bakı Reklam festivalının mükafatları öz sahiblərinə təqdim olunub- FOTOSESSİYA
Bakıda "Crystal Butterfly" II Bakı Reklam festivalının mükafatları öz sahiblərinə təqdim olunub. SİA-nın məlumatına görə, layihənin rəhbəri Famil Tağıyev bildirib ki, Azərbaycanda belə bir festival artıq 2-ci dəfədir, həyata keçirilir: "Festivalın keçirilməsində əsas məqsəd reklam firmalarının 1 il boyunca gördükləri işləri dəyərləndirməkdir. Münsiflər heyəti tərəfindən seçilən ən uğurlu iş qiymətləndirilərək mükafatlandırılıb".
Gələcəkdə bu kimi işləri daha da genişləndirmək niyyətində olduqlarını deyən layihə rəhbəri: "Digər məqsədimiz isə insanların reklama qarşı istəyini daha da artırmaqdır. Bu il ərzində 50 firma tərəfindən 155 reklamla bizə müraciət edib. Burada həm yerli, həm də Azərbaycanda fəaliyyət göstərən qlobal firmalar olub. 2009-cu ildən bu yana müraciətlərin sayında 2 dəfə artım müşahidə olunub. Qaliblər 10 nominasiya üzrə öz mükafatlarına sahib olublar",- deyə əlavə edib.
O cümlədən, festivala informasiya dəstəyi olduğu üçün Səs İnformasiya Agentliyinə təşəkkürnamə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB