ABŞ Konqresinin “Azərbaycan üzrə İşçi Qrupu”na yeni üzv qoşulub

ABŞ Konqresinin “Azərbaycan üzrə İşçi Qrupu”na yeni üzv qoşulub

ABŞ Konqresinin "Azərbaycan üzrə İşçi Qrupu"nun üzvlərinin sayı artıb. Azərbaycanın ABŞ-dakı səfirliyindən SİA-ya verilən məlumata görə, Respublikaçılar Partiyasının üzvü, Konqresmen Adam Kinzinqer ABŞ Nümayəndələr Palatasının "Azərbaycan üzrə İşçi Qrupu"na qoşulub.

2010-cu ildə Konqresə seçilmiş A. Kinzinqer İllinoys ştatını təmsil edir. Enerji və Ticarət komitələrinin üzvüdür. Konqresmen 2011-ci ilin aprel ayında Azərbaycanda səfərdə olaraq, respublikamızın uğurlu inkişafı və müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olub.

Bununla, "Azərbaycan üzrə İşçi Qrupu"nun üzvlərinin sayı 40-a çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə