Obamanın Liviyaya göndərdiyi hərbi nümayəndə heyəti başına bəla olub. SİA-nın məlumatına görə, ABŞ Nümayəndələr Məclisi prezident Obamanı Konqreslə məsləhətləşmədən atdığı addıma görə tənqid edən qanun qəbul edib.
268 səs çoxluğu ilə qəbul olunan qanunda Obamanın Liviyaya göndərdiyi qrup haqqında ətraflı məlumat verməsi tələb olunub. Məclisin spikeri Con Boehner qanunun qəbul olunduğunu təstiqləyərək bildirib ki, Obamaya 14 gün vaxt verilib: \"Obama ABŞ Konqresi ilə ciddi mənada məsləhətləşmədən Liviyaya hərbi qrup göndərib. Bunun qarşılığında Konqresin qəbul etdiyi qanuna əsasən, Obama 14 gün ərzində Liviyadakı ABŞ əsgərləri haqda ətraflı məlumat verməli, onların göndərilməsi ilə bağlı keçərli səbəb deməlidir. Bu arada, Liviyadakı ABŞ əsgərlərinin xilas olunması zərurəti yaranmadığı halda Liviyaya hərbi qrup göndərmək də qadağan edilib\".
Ağ Evin sözçüsünün müavini isə vəziyyəti fərqli formada şərh edərək Obamada günah axtarmağın kifayət qədər yersiz olduğunu vurğulayıb: \"Bu cür günahlandırmalar və bunu təstiqləyən qanunların qəbul olunması birmənalı surətdə pozuculuğa istiqamətlənib. Bu üsullarla heç nəyi yaxşıya doğru dəyişmək mümkün deyil. Üstəlik qeyd etmək lazımdır ki, Obama Liviyaya göndərilən qoşundan əvvəl konqres liderləri ilə mütamadi olaraq vəziyyətlə bağlı görüşlər keçirib\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB