Eldar Sabiroğlu: \"Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın ən güclü ordusudur\" -NÖVQE
\"Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın ən güclü ordusudur. SİA-nın verdiyi məlumata görə, bunu Beyləqanda keçirdiyi mətbuat konfransında açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
\"Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Bu günə qədər Azərbaycan 28 ölkə ilə hərbi saziş imzalayıb. Ordumuzun gündən-günə güclənməsi nəticəsində xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycan Ordusu ilə əməkdaşlığa marağı artıb. Azərbaycan Ordusunun hərbi potensialı gücləndirilir. Yeni texnikalar alınır. Son bir neçə ildə Silahlı Qüvvələrin 43 hərbi hissəsində əsaslı təmir-bərpa işləri aparılıb\", - nazirlik sözçüsü əlavə edib.
E.Sabiroğlu qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri son 5 ayda 447 dəfə atəşkəsi pozub. Ermənistan ordusundakı aclıq səbəbindən erməni hərbi qulluqçuları könüllü olaraq Azərbaycan tərəfə keçir. Erməni ordusunda nizam-intizam olmadığından tez-tez əsgərlər arasında münaqişələr yaranır.
Mətbuat xidmətinin rəhbəri təəssüf hissi ilə qeyd edib ki, Ermənistan ordusunun son vaxtlarda atəşkəsi pozması nəticəsində 6 əsgər şəhid olub. Bu müddət ərzində ATƏT cəbhə xəttində 5 dəfə monitorinq keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB