“Ailə məişət zorakılığı” ilə bağlı tədbir keçirilib

“Ailə məişət zorakılığı” ilə bağlı tədbir keçirilib

Bu gün "Ailə məişət zorakılığı" ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə tele- jurnalist Pərviz Abubəkirov, İlhamiyə Rzayeva, Azərbaycan Media Mərkəzinin layihələr üzrə koordinatoru Seymur Kazımov, keçmiş polis rəisi Şəmsəddin Əliyev, hüquq müdafiəçisi Mehriban Zeynalova və psixoloq Azad İsazadə iştirak ediblər.

İlk olaraq mövzu ilə əlaqədar jurnalist Pərviz Abubəkirovun çəkdiyi film izlənilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Media Mərkəzinin layihələr üzrə koordinotoru Seymur Kazımov tədbir haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda zorakılıq faktları çoxdur: \"Biz bu kimi tədbirlər həyata keçirərək gələcək nəsillərimizə bu kimi faktların olmamasını tövsiyə edirik\".

Tədbirdə söz alan tele-jurnalist Pərviz Abubəkirov mövzu ilə bağlı öz fikirlərini dilə gətirib. O bildirib ki, zorakılıqlar ən çox qadınlara qarşı müşahidə olunur.l

Tədbirdə çıxış edən hüquq müdafiəçisi Mehriban Zeynalova qısqanclıq zəmnində baş verən ölüm hadisələrindən danışıb. "Qısqanclıq zəminində ölən və xəsarət alan qadınlar çoxdur. 400-dən yuxarı intihar faktları qeydə alınıb. Ancaq biz bu kimi ölüm faktlarının qarşısını almalıyıq"-deyə Mehriban Zeynalova əlavə edib.

Psixoloq Azad İsazadə çıxışı zamanı dilə gətirib ki, qadınlar polis orqanlarına müraciət edən zaman günahı xanımlarda görürlər. "Bu gün biz cəmiyyətimizdə təcavüzün artdığını görürük. Kişilər hardasa əsəbləşərək hirslərini günahsız uşaqlarından ya da yoldaşlarından çıxırlar. Bu da ailənin boşanmasına səbəb olan amillərdən biridir. Boşanmaya pis baxmaq lazım deyil. Çünki boşanmalar fəlakətdən qoruya bilir\".

Sonda təşkilatçılar media nümayəndələrinin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə