“İşğal zamanı məhv edilən irsin bərpası xalqın mənəvi yaddaşını dirçəldir” -RAMİN MƏMMƏDOV

“İşğal zamanı məhv edilən irsin bərpası xalqın mənəvi yaddaşını dirçəldir” -RAMİN MƏMMƏDOV

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm istiqamətlərindən biri tarixi və dini abidələrin bərpasıdır.

SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda deyib.

O bildirib ki, burada məqsəd yalnız dağıdılmış tikililərin yenidən qurulması deyil. İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpası xalqın mənəvi yaddaşının yenidən canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

R.Məmmədov qeyd edib ki, dövlət siyasətinin bu istiqamətdə ardıcıl həyata keçirilməsində Heydər Əliyev Fondunun layihələri xüsusi yer tutur.

Onun sözlərinə görə, Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində mədəni və dini abidələrin bərpasına yönəlmiş çoxşaxəli layihələr həyata keçirilir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə