“Türkiyə Azərbaycan və Ermənistan arasında gedən normallaşma prosesini yaxından izləyir” -HAKAN FİDAN
Azərbaycanla Türkiyənin ortaq layihələri gündən-günə artır.
SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri "Bir millət, iki dövlət" prinsipi ilə inkişaf etdirilir: "Bugünkü ziyarətim də Bakının azad olunmasının 108-ci ildönümünə təsadüf etdi. Bütün şəhidlərimizə rəhmət diləyirik".
Türkiyəli nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasındakı münasibətlər müzakirə edilib:
"Bakı-Tiflis-Qars yolunun işləkliyinin önəmini vurğulayırıq. Müdafiə sahəsində birgə əməkdaşlıq bu ortaqlığı sahədə də nümayiş etdirir. Önümüzdəki dönəmdə bunu davam etdirəcəyik".
H.Fidan Türkiyənin Azərbaycan və Ermənistan arasında gedən normallaşma prosesini yaxından izlədiyini, hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb: "Arzumuz regionun inkişafı üçün zəruri addımların atılmasıdır".
Nazir həmçinin Qars-Dilucu dəmiryolunun inşasına toxunaraq bu layihənin 2029-cu ilin sonunadək başa çatacağını deyib:
"Orta Dəhlizin fəaliyyəti hər iki ölkənin marağındadır. Bu həm də TDT ölkələrinə töhfə verəcək. Qars-Dilucu dəmiryolu ilə bağlı layihə işləri davam etdirilir və 2029-cu ilin sonuna doğru bu dəmiryolunun inşası yekunlaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB