Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının MARS sistemi ilə də əməkdaşlıq edirik -MUSTAFA QURBANLI
Biz bu çağırışların həlli istiqamətində işləri sürətləndiririk. Dəqiq texnoloji tətbiqlərdən danışsaq, deyərdim ki, biz kompleks yanaşmadan istifadə edirik. SOCAR metan emissiyalarının azaldılması məqsədilə peyklərdən, dronlardan və yerüstü ölçmələrdən istifadə edir.
SİA xəbər verir ki, bu sözləri SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı “Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)” çərçivəsində keçirilən Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: aşkarlamadan fəaliyyətə panel müzakirəsində deyib.
Peyklərlə bağlı olaraq GHGSat ilə sıx əməkdaşlıq edirik. GHGSat ilə quruda yerləşən aktivlərin ölçülməsi üzrə çox uğurlu layihəmiz həyata keçirilib. Bu ölçmələr sayəsində mühüm emissiya mənbələrini müəyyən etmiş və həmin emissiyaların qarşısını almışıq.
GHGSat-dan əlavə, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının MARS sistemi ilə də əməkdaşlıq edirik. Bildiyiniz kimi, MARS enerji şirkətlərinə potensial emissiyalarla bağlı məlumat təqdim edir. Biz də bu məlumatları əldə edən və emissiyalarla mübarizədə onlardan istifadə edən enerji şirkətlərindən biriyik.
Bu proqramın sayəsində 100 milyon kubmetrdən çox emissiyanın qarşısını almış və həmin metanı yenidən sistemə qaytarmışıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB