Ermənistanda daha bir müxalifətçi deputat berədə qərar verilib. "Müqəddəs mübarizə" hərəkatının tərəfdarı və parlamentin "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyan daha iki ay ev dustaqlığında qalacaq. Belə ki, hazırkı qətimkan tədbirinin müddəti sentyabrın 8-də başa çatır.
Prokurorluğun mövqeyinə görə, prosessual hərəkətlərə mane olmaq, eləcə də prosessual öhdəlikləri yerinə yetirməmək riski qalmaqdadır. Bununla əlaqədar ittiham tərəfi uzadılma müddəti məsələsini məhkəmənin ixtiyarına buraxaraq qətimkan tədbirinin qüvvədə saxlanılmasının tərəfdarı kimi çıxış edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB