Erməni deputatın həbs müddəti uzadıldı

4 Sentyabr 2026 03:05 (UTC+04:00)

Ermənistanda daha bir müxalifətçi deputat berədə qərar verilib. "Müqəddəs mübarizə" hərəkatının tərəfdarı və parlamentin "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyan daha iki ay ev dustaqlığında qalacaq. Belə ki, hazırkı qətimkan tədbirinin müddəti sentyabrın 8-də başa çatır.

Prokurorluğun mövqeyinə görə, prosessual hərəkətlərə mane olmaq, eləcə də prosessual öhdəlikləri yerinə yetirməmək riski qalmaqdadır. Bununla əlaqədar ittiham tərəfi uzadılma müddəti məsələsini məhkəmənin ixtiyarına buraxaraq qətimkan tədbirinin qüvvədə saxlanılmasının tərəfdarı kimi çıxış edib.

Mətləb