“Cənab İlham Əliyev dünyanı düşündürən məsələləri qlobal platformalarda gündəmə gətirir” - ŞƏRH
“Prezident İlham Əliyevin çıxışındakı fikirlər təkcə Avrasiya bölgəsində deyil, bütövlükdə dünya miqyasında diqqət çəkir. Bu sözləri SİA-ya açıqlaması zamanı siyası şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, xüsusilə BMT ilə bağlı səsləndirdiyi fikirlər, BMT-nin dörd qətnaməsinin masa üzərində qalması və nəhayət, Azərbaycanın öz gücünə torpaqlarını işğaldan azad etməsi faktına diqqət çəkilməsi, əslində, dünyanı idarə etməli olan BMT-nin fəaliyyətsizliyi məsələsini gündəmə gətirir. Bu isə yalnız Azərbaycan və yaxud Avrasiya bölgəsi ilə bağlı məsələ deyil, ümumilikdə dünya ilə bağlı problemdir.
Yəni Prezident İlham Əliyev lokal və ya yalnız regional düşüncə sahibi deyil, qlobal düşüncə sahibidir, qlobal liderdir. O, yalnız öz dövlətini, dövlətinin mənsub olduğu bölgəni və ya qitəni düşünmür, eyni zamanda dünyanın hər tərəfində baş verən proseslərə diqqət yetirir. Ona görə də bu cür görüşlərdə və müzakirələrdə qlobal problemlərə diqqət çəkməyi özünə borc bilir.
Dünyanı xilas etmək istəyiriksə, hər birimiz əslində əlimizi daşın altına qoymalıyıq. Cənab İlham Əliyev kiçik bir dövlətin təmsilçisi olmasına baxmayaraq, bütövlükdə dünyanın xilası üçün səylər göstərən bir liderdir. Elə "ŞƏT PLYUS" formatında keçirilən toplantıdakı çıxışında da bunu bir daha göstərmiş oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB