“Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi regionda sülh və iqtisadi tərəfdaşlığa xidmət edir” - MİLLƏT VƏKİLİ

“Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi regionda sülh və iqtisadi tərəfdaşlığa xidmət edir” - MİLLƏT VƏKİLİ

"Azərbaycan Prezidentinin işgüzar səfəri zamanı keçirdiyi görüşlərdə regional məsələlər, eləcə də ikitərəfli münasibətlər müzakirə olundu. Bu görüşlərdən biri məhz İran Prezidenti ilə keçirilən görüş idi. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan və İran arasında, xüsusilə də iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalmaqdadır, təbii ki, Azərbaycan qonşuluq siyasətinə uyğun olaraq regionda sülhə və əməkdaşlığa töhfə verən ölkədir.

Bu kontekstdə, təbii ki, qonşu ölkələrlə yaxşı münasibətlərin və tərəfdaşlığın gücləndirilməsi prioritet olaraq qalmaqdadır. Eyni zamanda, Ermənistanla sülh gündəliyinin davam etdirilməsi də bu kontekstdən qiymətləndirilməlidir.

Azərbaycan və İran arasında iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq potensialı yüksəkdir. O cümlədən, nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi Azərbaycan və İran vasitəsilə Hindistana qədər uzanır, eyni zamanda enerji sahəsində, eləcə də xüsusilə ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində də böyük potensial mövcuddur.

Təbii ki, bu görüş və müzakirə edilən məsələlər birmənalı şəkildə iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə və qarşılıqlı olaraq iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə