"Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub"

"Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub"

ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “X” hesabında Vaşinqton görüşünün birinci ildönümü ilə bağlı paylaşımında bildirib.

“Prezident Tramp sülh prezidentidir. Düz bir il əvvəl o, Ağ Evdə keçirilən mühüm görüş zamanı Ermənistan və Azərbaycan arasında sülhə nail oldu”, – Rubio qeyd edib.

Dövlət katibi xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşdə hər iki ölkə üçün tarixi dönüş nöqtəsi olan Birgə Bəyannaməni imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə