Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə barədə razılığa gəliblər. Anadolu agentliyinin verdiyi məlumata görə, indi bir ölkəyə qarşı təcavüz hamıya qarşı təcavüz hesab olunacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif ölkələr arasında üçtərəfli müdafiə müqaviləsi imzalayıblar.
İmzalanma üç ölkə liderlərinin Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən görüşündən sonra baş tutub. Sənəddə imza atan dövlətlərdən hər hansı birinə silahlı hücumun hər üçünə hücum hesab ediləcəyi vurğulanır. Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin məlumatına görə, müqavilə hər hansı bir təcavüzə qarşı kollektiv çəkindirməni gücləndirməyi hədəfləyir. Bundan əlavə, müqavilə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında hərtərəfli müdafiə əməkdaşlığının inkişafını nəzərdə tutur.
Xatırladaq ki, Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlər əvvəllər İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib və kollektiv özünümüdafiə və cavab tədbirləri hüququnu özündə saxladıqlarını bildiriblər.
VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB