Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub

Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirə cari il ərzində ölkəmizin digər ölkələrlə hərbi əməkdaşlığı üzrə mövcud vəziyyət, hərbi attaşelik aparatlarının fəaliyyəti və xarici ölkələrdə yeni təsis olunmuş attaşelik aparatları barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı sülhün təmin olunması istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin və ölkəmizdə ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatların təbliğinin vacibliyi vurğulanıb.

General-polkovnik Z.Həsənov hərbi attaşelik aparatları tərəfindən xarici dövlətlərdə ölkəmizin milli maraqlarının qorunması və hərbi sahədə qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə görülən işləri müsbət qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə