Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir

Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) televiziya kanalları, çap mediası, xəbər agentlikləri və xəbər saytları Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfərini geniş şəkildə işıqlandırır. SİA xəbər verir ki, iki qardaş ölkənin çoxmilyonluq auditoriyası prezidentlər İlham Əliyev və Sadır Japarov arasında danışıqlar, Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və gələcək əməkdaşlıq perspektivləri, eləcə də Azərbaycan və Mərkəzi Asiya ölkələri dövlət başçılarının qeyri-rəsmi görüşü barədə məlumatlandırılıb.

Çolpon-Atada keçirilən görüşdə Azərbaycan liderinin çıxışına xüsusi diqqət yetirilib və dövlət başçısının Bakının Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və Azərbaycanın iştirakı ilə vahid geosiyasi və geoiqtisadi bölgənin formalaşmasına hazır olması barədə çoxsaylı sitatları yer alıb.

Prezident İlham Əliyevin ölkəmizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin prioritet olması ilə bağlı sözləri başlıqlara çıxarılıb. Ölkələr arasında yüksək səviyyədə dialoqun möhkəm təməlin mövcud olması vurğulanıb, bu da dövlətlərarası münasibətlərin dinamizmini və yaxınlığını aydın şəkildə əks etdirir. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ümumilikdə 16 dəfə səfər etməsi faktı qeyd olunur.

Yazılarda Bakı ilə Bişkek arasında əlaqələrin fəal şəkildə dərinləşməsi vurğulanır. Xəbər buraxılışlarında Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafına və iki ölkə xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi mühüm töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə I dərəcəli “Manas” ordeninin təqdim edilməsi də yer alıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə