“Azərbaycan-Ermənistan sülhü Cənubi Qafqaz üçün yeni imkanlar yaradır” - DEPUTAT DANIŞDI
“Ceyhun Bayramovun Moskvaya səfəri Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyətinin və gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, münasibətlərin gələcək istiqamətləri müzakirə edilmişdir:
”Xarici işlər nazirlərinin bir saata yaxın davam edən mətbuat konfransında həm ikitərəfli əlaqələrin səviyyəsi, həm də Cənubi Qafqazda baş verən proseslərlə bağlı geniş açıqlamalar verilmiş, jurnalistlərin sualları cavablandırılmışdır.
Ceyhun Bayramovun Azərbaycan-Ermənistan münasibətlərində de-fakto sülhün mövcud olduğunu vurğulaması, ilk növbədə, yaranmış siyasi və təhlükəsizlik reallıqlarının beynəlxalq ictimaiyyətə, o cümlədən Rusiyaya çatdırılması baxımından mühüm mesajdır. Bu ifadə onu göstərir ki, iki ölkə arasında genişmiqyaslı hərbi qarşıdurma mərhələsi başa çatmış, münasibətlərin normallaşdırılması istiqamətində əsas məsələ artıq sülh müqaviləsinin yekunlaşdırılması və qalan hüquqi-siyasi məsələlərin həllidir.
Nazirin açıqlamasında diqqət çəkən əsas məqam sülh prosesinin Azərbaycan və Ermənistan arasında birbaşa dialoq və qarşılıqlı razılaşmalar əsasında başa çatdırılmasının vacibliyidir. Bu yanaşma regionda davamlı sülhün və sabitliyin təmin edilməsinin ilk növbədə Cənubi Qafqaz ölkələrinin siyasi iradəsindən və qarşılıqlı əməkdaşlığından asılı olduğunu göstərir.
Azərbaycan tərəfinin mövqeyinə əsasən, regionda sülhün təmin olunması üçün yeni qarşıdurma mexanizmlərinə deyil, qarşılıqlı etimada, suverenliyə və ərazi bütövlüyünə hörmətə əsaslanan əməkdaşlıq mühitinin yaradılmasına ehtiyac var. Azərbaycanla Ermənistan arasında sülh münasibətlərinin formalaşması yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni iqtisadi və siyasi imkanlar yarada bilər.
Belə bir sülh region ölkələri arasında nəqliyyat, ticarət, enerji və humanitar əlaqələrin genişlənməsinə, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər. Bu baxımdan Cənubi Qafqazda davamlı sabitliyin yaranması bütün region dövlətlərinin maraqlarına xidmət edir.
Rusiya da Qafqaz regionunun mühüm aktorlarından biri kimi yaranmış yeni reallıqları nəzərə alaraq, qarşılıqlı hörmət və fayda prinsipləri əsasında regional əməkdaşlıq prosesində iştirak edə bilər. Azərbaycanın mesajı ondan ibarətdir ki, sülh prosesi hər hansı əlavə gərginlik və kənar maneələr üzərindən deyil, region dövlətlərinin suveren hüquqlarına və qarşılıqlı maraqlarına əsaslanan yanaşma ilə inkişaf etdirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB