Milli Məclis ballast sularına dair Beynəlxalq Konvensiyaya qoşulmanı ilk oxunuşda qəbul edib
“Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında birinci oxunuşda qəbul edilib.
SİA xəbər verir ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq hazırlanıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası 2004-cü il fevralın 13-də Böyük Britaniyanın paytaxtı London şəhərində imzalanmış “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulur.
Qeyd edək ki, Konvensiyanın məqsədi gəmilərin ballast suları və çöküntüləri vasitəsilə zərərli su orqanizmlərinin və patogenlərin yayılmasının qarşısını almaq, bununla da dəniz ekosisteminin və biomüxtəlifliyin qorunmasını təmin etməkdir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB