Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov ABŞ-ın Müstəqillik Gününün 250 illiyi münasibətilə keçirilən tədbirdə ikitərəfli əməkdaşlıq barədə danışıb. O qeyd edib ki, "Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə arasındakı münasibətlərin inkişafında tarixi mərhələ kimi qiymətləndirilir və iqtisadi əməkdaşlığın institusional mexanizmlərinin daha da möhkəmləndirilməsinə xidmət edir".
Samir Şərifov bildirib ki, ortaq strateji baxışa əsaslanan Azərbaycan və ABŞ-ın birgə təşəbbüslərinin həyata keçirilməsi, regionda sülhün və uzunmüddətli rifahın təmin olunması qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb. Baş nazirin müavininin sözlərinə görə, rəsmi Bakı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında qarşılıqlı etimada əsaslanan dialoq ikitərəfli əməkdaşlığın davamlı inkişafını təmin edəcək.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB