Azərbaycanlı alim BMT-də kibertəhlükəsizliyə dair məruzə ilə çıxış etdi

Azərbaycanlı alim BMT-də kibertəhlükəsizliyə dair məruzə ilə çıxış etdi

Hüquq üzrə fəlsəfə doktoru, kibertəhlükəsizlik hüququ üzrə ekspert Təbriz Raufoğlu Mədəni Diplomatiya İnstitutunun dəvəti ilə 28-30 İyun 2026-cı il tarixləri arasında BMT-nin Cenevrə Ofisində keçirilən konfransda iştirak edib.

Mədəni Diplomatiya İnstitutu və BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) birgə təşkilatçılığı keçirilən konfransda "Mədəniyyətlərarası dialoq üçün kiberdiplomatiya" mövzusunda çıxış edən

Təbriz Raufoğlu internetin çox tərəfli, bütün dövlətlərin maraqları nəzərə alınmaqla idarə olunmasının vacibliyinə toxunub. O, eyni zamanda fundamental insan hüquq və azadlıqlarının onlayn mənada da təmininin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Fraqmentasiyanın internetin gələcəyi üçün ciddi təhdid ortaya çıxardığını vurğulayan Təbriz Raufoğlu ideoloji fərqliliklərin ortaq nöqtədə birləşdirilməsinə çağırış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə