Azərbaycan Ordusunda gənc zabitlərlə atəş, kəşfiyyat və digər məşğələlər keçirilib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Zabit ixtisas kursunun dinləyiciləri ilə nümayiş məşğələləri keçirilib.
Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, plana uyğun olaraq dinləyicilərlə atəş, kəşfiyyat, mühəndis, artilleriya hazırlığı, döyüş maşınlarının sürülməsi, eləcə də digər ixtisas fənləri üzrə məşğələlər təşkil olunub.
Məşğələlərin əsas məqsədi şəxsi heyətin nəzəri və praktiki bacarıqlarının, eləcə də fiziki və psixoloji dözümlülüyünün artırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB