Azərbaycanın xarici siyasətində İranla münasibətlər həmişə xüsusi yer tutub. Bizim ümumi tariximiz, ümumi mədəniyyətimiz və din qardaşlığımız var".
Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, müstəqil dövlətlər kimi həmişə bir-birimizin suverenliyinə böyük hörmətlə yanaşmışıq:
"Hətta İran üçün çətin günlərdə Azərbaycan öz qardaşlıq münasibətini ortaya qoyub. Cənab Prezidentin İran Parlamentinin sədrini qəbul edərkən İranla münasibətlərə dair söylədiyi fikirlər bu gün olduqca önəmlidir. O bildirib ki, biz bir daha İranın müharibə ilə üzləşməsini istəmirik və İranın təhlükəsiz yaşaması üçün Azərbaycan dost və qonşu ölkə kimi həmişə öz töhfəsini verib. Heç bir zaman Azərbaycan ərazisinin İrana qarşı istifadə olunmasına imkan verməyib, anti-İran kampaniyalarında iştirak etməyib.
İran üçün ağır günlərdə ilk humanitar yardım göstərən ölkələrdən biri məhz Azərbaycan olub. Həmçinin İranın ali rəhbərinin vəfatından sonra başsağlığı verən və bununla bağlı yas mərasimi keçirən ölkələrdən biri də Azərbaycan olub.
Diqqəti cəlb edən məqamlardan biri də odur ki, İran tərəfi Azərbaycanın bu mövqeyini yüksək qiymətləndirir. İran parlamentinin sədri “çətin gündə yanımızda Azərbaycanı gördük” deməklə göstərib ki, hər iki ölkə dostluğa və mehriban qonşuluq münasibətlərinə xüsusi önəm verir.
Biz bir-birinin inkişafını və təhlükəsizliyini istəyən iki qonşu dövlətik. Münasibətlərimizin bundan sonra da qarşılıqlı hörmət, dostluq və xoşməramlı əməkdaşlıq prinsipləri üzərində inkişaf edəcəyinə inanırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB