“Şuşada keçirilən konfrans regional təhlükəsizlik və əməkdaşlıq baxımından əhəmiyyətlidir” - DEPUTAT DANIŞDI
“Şuşada keçirilən beynəlxalq konfrans Cənubi Qafqazda regional təhlükəsizlik, sülh quruculuğu və əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Konfransda müxtəlif ölkələrdən siyasi partiyaların, parlamentlərin və diplomatik korpusun nümayəndələri iştirak edərək regionda təhlükəsizliyin təmin olunması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və postmünaqişə dövründə yenidənqurma prosesləri ətrafında fikir mübadiləsi apardılar”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirib.
O, qeyd edib ki, Azərbaycan bu gün Cənubi Qafqazda yeni reallıqlar formalaşdıran əsas ölkələrdən biridir:
”Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda davamlı sülhün təmin olunması istiqamətində fəal təşəbbüslərlə çıxış edir. Azərbaycanın həyata keçirdiyi siyasət göstərir ki, qələbə qazanmış dövlət olmaqla yanaşı, sülh gündəliyinin təşviqində də aparıcı rol oynamaq mümkündür.
Konfrans çərçivəsində digər ölkələrdə mövcud olan münaqişələrin həlli baxımından Azərbaycan təcrübəsi və modeli də maraqla müzakirə olundu. Xüsusilə postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri iştirakçıların diqqət mərkəzində idi.
Tədbirin diqqətçəkən məqamlarından biri xarici qonaqların Şuşa, Laçın və digər azad edilmiş ərazilərə səfər etmələri, aparılan quruculuq işlərini yerində görmələri oldu. Bu səfərlər qonaqlara Azərbaycanın sülh quruculuğu, iqtisadi inkişaf və yenidənqurma istiqamətində atdığı addımları yaxından müşahidə etmək imkanı yaratdı.
Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan bu beynəlxalq konfrans yüksək səviyyədə keçirilmiş mühüm siyasi platforma kimi yadda qaldı. Tədbir Azərbaycanın siyasi, iqtisadi və diplomatik uğurlarının beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də regionda sülh və əməkdaşlıq gündəliyinin təşviqi baxımından əhəmiyyətli rol oynadı”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB