Azərbaycan Danimarkanı milli bayram münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Danimarkanı milli bayramı münasibətilə təbrik edib.

SİA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

"Danimarka Krallığının hökumətini və xalqını ölkənin Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik", - paylaşımda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə