Anar Nəbiyev:Bizim dünya miqyasında çox müsbət imicimiz var

Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən çağırışlar hazırda ölkə mətbuatında geniş müzakirə edilir. Bugünümüzüniqtisadi uğurlarından bəhs edərkən qeyri-neftsektorunun uğurlu inkişafını, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin həyata keçirilməsini xüsusi qeyd edirik. Bu məqam da xüsusi vurğulanır ki, ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq investisiya yatırılıb ki, onun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, statistikrəqəm bir daha təsdiqləyir ki, Azərbaycan yalnız neft-qaz deyil, həmçinin qeyri-neft sektorunda mövcudimkanları ilə dünyanın diqqətindədir.

Azərbaycan investisiya cəlbediciliyini qoruyanölkələr sırasındadır. Təbii ki, xarici investorların ölkə iqtisadiyyatına yatırımlarının həcminin artırması ilə bağlı çağırışlar bütün dövrlər üçün aktuallığını qoruyur. Cənab İlham Əliyev müşavirədə də buməsələlərə diqqəti yönəltdi. “Son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim” deyən Prezident İlham Əliyev vurğuladı ki, bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesajolacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznesnümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön plandaolmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, müxtəlif mexanizmlərdən də istifadə edəcəyik.Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına dahaböyük həcmdə nail olaq. Eyni zamanda, biz xariciinvestorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizimdünya miqyasında çox yüksək reputasiyamız, çoxmüsbət imicimiz var. Azərbaycan artıq dünyada ortagücə malik olan dövlət kimi tanınır və bir çoxölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər: “Biz, əlbəttə ki, bütünşirkətlərə, o cümlədən xarici investorlara qanunçərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eynizamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara birmesajdır”.

Dövlətimizin başçısının çıxışında qeyd edilən məsələlərdən biri də kənd təsərrüfatının inkişafı üçünsubsidiyaların verilməsi oldu. Bu mühüm addımın böyük əhəmiyyəti var. Azərbaycan dünyada nadirölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidlisubsidiya mexanizmlərini tətbiq edir. Burada datəkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Müxtəlif güzəştlər, o cümlədən gübrə, yanacaqgüzəştləri verilir. Bu da dünyada nadir sayda olanölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Cənab İlham Əliyev statistik rəqəmlərə diqqəti yönəltdi. Bildirdi ki, məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tonadüşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 mintondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüştədbirlər və dövlət dəstəyi nəticəsində baramaçılıq dabərpa edildi. Bununla bağlı olan ipəkçilik də inkişafetməyə başlamışdı. Bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi: “Ancaq bunabaxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeniDövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər buproqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonrabizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir”.

Prezident İlham Əliyev torpaqların səmərəli istifadəsindən, kənd təsərrüfatı texnikası ilə təminatdan, gübrə istehsalının artırılmasından, sutəchizatından, kənd təsərrüfatı məhsullarının ixracimkanlarının genişləndirilməsindən bəhs etdi. O davurğulandı ki, yeni Dövlət Proqramı qarşıya qoyulanhədəflərə yüksək səviyyədə nail olmağa böyüktöhfələr verəcək. Qeyd edək ki, cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçünDövlət Proqramı” təsdiqləndi. Məqsəd kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidinsürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsidir.

Anar Nəbiyev : YAP Qazax rayon təşkilatının sədri

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə