Rusiya təyyarə yanacağının ixracını 30 noyabra qədər qadağan etdi

Dünyada artan geosiyasi risklər yanacaq bazarında müəyyən çətinliklər yaradır. Rusiya hökuməti də bu istiqamətdə növbəti qərarını qəbul edərək təyyarə yanacağının ixracını müvəqqəti olaraq qadağan edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ ilə İran arasında yaranan gərginlik qlobal miqyasda təyyarə yanacağı tədarükündə problemlərin meydana çıxmasına səbəb olub. Təyyarə yanacağının əsas ixracatçılarından biri olan Rusiya isə yaranmış vəziyyət fonunda yeni tədbirlər görüb.

Rusiya hökumətinin yaydığı yazılı açıqlamada bildirilib ki, təyyarə yanacağının ixracı 30 noyabr tarixinədək, yəni 5 ay müddətinə qadağan edilir.

Açıqlamada qeyd olunub ki, qərarın əsas məqsədi daxili yanacaq bazarında sabitliyi təmin etməkdir.

Hökumətin açıqlamasında deyilir:

“Qəbul edilən qərarın məqsədi daxili yanacaq bazarında sabit vəziyyəti təmin etməkdir.”

Rusiya yanacaq məhsulları ilə bağlı oxşar qərarlar da qəbul edir
Xatırladaq ki, Rusiyada benzinin ixracı da 1 aprel tarixindən etibarən qadağan edilib. Hökumət daxili bazarda qiymət və tədarük sabitliyini qorumaq məqsədilə müxtəlif yanacaq növlərinə zaman-zaman ixrac məhdudiyyətləri tətbiq edir.

Mütəxəssislərin fikrincə, bu qərar ölkədaxili tələbatın tam ödənilməsi və yanacaq bazarında mümkün risklərin qarşısının alınması məqsədi daşıyır.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə