“Böyük Qayıdışın əsas məqsədi ləyaqətli və dayanıqlı həyatın təmin olunmasıdır” - EMİN HÜSEYNOV

Sözsüz ki, şəhərsalma sahəsində fəaliyyət göstərən bir çox ölkələrin mütəxəssisləri, beynəlxalq təşkilatların nümayəndələri və müxtəlif dövlətlərin rəsmiləri tədbirdə iştirak edir. Bu, Azərbaycan üçün mühüm təcrübə mübadiləsi imkanı yaradır.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə son beş ildə həyata keçirilən bərpa və quruculuq işləri ölkə üçün böyük təcrübə formalaşdırıb və bu təcrübənin paylaşılması vacibdir.

Emin Hüseynov qeyd edib ki, əsas məqsəd yalnız infrastrukturun qurulması deyil, insanların rahat və firavan həyatının təmin olunmasıdır.

Onun sözlərinə görə, Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramının əsas hədəfi insanların doğma torpaqlarına ləyaqətli qayıdışının təmin edilməsidir.

O əlavə edib ki, bu yanaşma çərçivəsində təhlükəsiz, dayanıqlı və müasir yaşayış mühitinin formalaşdırılması prioritet olaraq qalır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə