"Hazırda Ağdamda bərpa işləri sürətlə davam edir" - Emin Hüseynov

Ağdam azad edilərkən şəhər tamamilə dağıdılmış vəziyyətdə olub və “Qafqazın Xirosiması” adlandırılan mənzərəni xatırladıb: “Bu, urbanisidin açıq nümunəsidir”.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı deyib.

Emin Hüseynov qeyd edib ki, hazırda Ağdamda bərpa işləri sürətlə davam edir və şəhər yenidən dirçəlir: “Qısa müddətdə görülən işlər göstərir ki, Ağdam daha güclü şəkildə bərpa olunur və gələcəkdə daha böyük inkişaf mərhələsinə qədəm qoyacaq”.

O əlavə edib ki, Füzuli şəhəri də tamamilə dağıdılmış vəziyyətdə olub və hətta xarabalıqlar belə qalmayıb: “Bu, urbanisidin daha sərt formasıdır”.

Rəsmi bildirib ki, işğaldan azad olunmuş ərazilərdə artıq bir sıra yaşayış məntəqələri formalaşdırılıb və bərpa prosesi mərhələli şəkildə davam etdirilir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə