“Bir vaxtlar çadırlarda yaşayan məcburi köçkünlər bu gün müasir yaşayış şəraitinə qayıdıb” - HİKMƏT HACIYEV
Azərbaycan həm COP29 kimi qlobal əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib, həm də Ümumdünya Şəhərsalma Forumu kimi platformaların keçirilməsi üçün etibarlı şərait yaradıb. O qeyd edib ki, hər ölkədə bu miqyasda beynəlxalq tədbirlərin keçirilməsi üçün zəruri təhlükəsizlik və sabitlik imkanları mövcud deyil və bəzi regionlarda müharibələr və risklər buna mane olur. SİA xəbər verir ki,bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev həmçinin vurğulayıb ki, bir vaxtlar çadırlarda yaşayan məcburi köçkünlərin bu gün müasir yaşayış şəraitinə qayıdışı Azərbaycan-ın həyata keçirdiyi sosial və humanitar siyasətin mühüm nəticələrindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB