“Azərbaycan öz təcrübəsini paylaşmağa, həm də öyrənməyə açıqdır” - HİKMƏT HACIYEV
Səksən beş mindən çox Azərbaycan vətəndaşı Qarabağ və Şərqi Zəngəzur ərazilərinə qayıdaraq hazırda həmin bölgələrdə yaşayır, işləyir, təhsil alır və yeni həyat qurur. Bu proses çərçivəsində hər bir insanın mənzil hüququnun təmin olunması və bölgələrin bərpası istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.
SİA xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Qlobal mərkəz koalisiyalarında mənzil" adlı panel iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan həm beynəlxalq qabaqcıl təcrübələrdən faydalanmağa, həm də postmünaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma proseslərində əldə etdiyi təcrübəni, eləcə də qarşılaşdığı çağırışları dünya ictimaiyyəti ilə bölüşməyə tam hazırdır. Bu yanaşma ölkənin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi üçün əlverişli platforma yaratdığını göstərir.
Qeyd olunub ki, dünyanın müxtəlif bölgələrində, o cümlədən regionda yeni münaqişələrin və dağıntıların baş verdiyi bir dövrdə Azərbaycan həm öz təcrübəsini paylaşmağa, həm də qlobal şəhərsalma və bərpa proseslərindən öyrənməyə açıqdır. Bu, ölkənin həm milli inkişaf, həm də beynəlxalq əməkdaşlıq baxımından aktiv mövqe tutduğunu nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB