"Prezident İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır” - İLİYANA YOTOVA
“Alimlər xəbərdarlıq edirlər ki, mövcud tendensiyalar davam edərsə, bütün qitələrdə insanlar ən fundamental və müqəddəs hüquq olan yaşamaq hüququnu qorumaq üçün köç etməyə məcbur qalacaqlar”.
SİA xəbər verir ki, bu sözləri Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında deyib.
Onun sözlərinə , bu gün dünyada milyonlarla insan üçün mənzil məsələsi artıq iqlim dəyişikliyi ilə mübarizənin ön xəttinə çevrilib. Şəhər dayanıqlılığı ekoloji lüks deyil. İqlim dəyişikliklərinə hazır olmayan şəhərlər bütöv regionların sabitliyini risk altına sala bilər.
Bolqarıstanda biz bu prosesləri yaxşı anlayırıq. Avropa İttifaqının üzvü kimi ölkəmiz əsas nəqliyyat və əlaqə dəhlizlərinin kəsişməsində yerləşir. Lakin Avropanın bir çox ölkəsi kimi, biz də yaşlanan əhali, daxili miqrasiya, bəzi bölgələrin boşalması və iri şəhərlərlə kiçik yaşayış məntəqələri arasında artan bərabərsizlik problemləri ilə üzləşirik.
Biz bir şəhərin inkişaf edib, digərinin isə yaxınlıqda tədricən zəifləməsinin nə demək olduğunu bilirik. Gənc ailələrin mənzil almaqda çətinlik çəkməsinin nə demək olduğunu anlayırıq. Eyni zamanda, sürətlə inkişaf edən innovasiyaların bəzən öz istiqamət hissini itirməsinin də şahidi oluruq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB