“Qayıdış proqramı beynəlxalq təşkilatların və xarici tərəfdaşların diqqətini cəlb edir” - ANAR QULİYEV

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yeni həyat keyfiyyəti yaradır.

SİA xəbər verir ,bu sözləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi-nin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı mətbuat konfransında bildirib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir və dayanıqlı həyat mühiti formalaşdırır.

O qeyd edib ki, həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və Böyük Qayıdış proqramı beynəlxalq təşkilatların və xarici tərəfdaşların diqqətini cəlb edir: “Məqsədimiz yalnız yaşayış evləri tikərək insanları geri qaytarmaq deyil. Biz burada yeni həyat tərzi, müasir şəhərsalma modeli və yüksək yaşayış standartları yaradırıq. Hazırda Qarabağ və Şərqi Zəngəzurda artıq 90 minə yaxın insan yaşayır, çalışır və təhsil alır. Bu istiqamətdə Suriya, Ukrayna və digər ölkələrdən olan tərəfdaşlarla da fikir mübadiləsi aparmışıq.”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə