"Azərbaycan və Pakistan münasibətləri yüksək səviyyədə inkişaf edir" - ŞƏRH EDİLDİ

"Azərbaycan və Pakistan arasında münasibətlər hazırda çox yüksək səviyyədədir və bu əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında münasibətlər ildən-ilə daha da dərinləşir və müxtəlif istiqamətlər üzrə inkişaf edir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, dövlət başçıları və yüksək səviyyəli rəsmilər arasında mütəmadi olaraq həm telefon danışıqları, həm də qarşılıqlı səfərlər həyata keçirilir: "Dünən Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında baş tutmuş telefon danışığı da məhz bu güclü münasibətlərin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu cür təmaslar iki dost və qardaş ölkə arasında siyasi dialoqun davamlı xarakter daşıdığını göstərir.

Hazırda Azərbaycan və Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, hərbi, enerji və humanitar sahələr də daxil olmaqla bir çox istiqaməti əhatə edir. Beynəlxalq təşkilatlar və platformalar çərçivəsində də tərəflər bir-birini daim dəstəkləyirlər və bu dəstək qarşılıqlı etimada əsaslanır.

Bütün bunlar göstərir ki, Azərbaycan-Pakistan münasibətləri bu gün region üçün nümunə hesab oluna biləcək tərəfdaşlıq modelidir və gələcəkdə də bu əlaqələrin daha da genişlənəcəyi gözlənilir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə