"Dövlət sel və daşqınların fəsadlarına operativ müdaxilə edir" - DEPUTAT DANIŞDI
"Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb. Bu gün vətəndaşların qarşılaşdığı problemlərin həllində dövlətin, xüsusilə də cənab Prezidentin humanist yanaşması açıq şəkildə özünü göstərir".
Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu, vətəndaşlara göstərilən real dəstəyin bariz nümunəsidir: "Digər tərəfdən, vətəndaşların öz məsuliyyəti də vacibdir. Evlərin və təsərrüfatların sığortalanması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Sığorta olduğu halda dəyən zərərin ödənilməsi daha operativ və sistemli şəkildə həyata keçirilə bilər. Təəssüf ki, bu sahədə əhatəlilik hələ istənilən səviyyədə deyil.
Son güclü yağışlar nəticəsində bir çox ev təsərrüfatı ciddi zərər görüb. Aydındır ki, hər bir vətəndaşın bu zərəri öz imkanları hesabına aradan qaldırması mümkün deyil. Aparılan qiymətləndirmələr də göstərir ki, bu kimi hallarda dövlət dəstəyi zəruridir.
Məhz bu səbəbdən cənab Prezident tərəfindən həm şəhər təsərrüfatının və kommunikasiya xətlərinin bərpası üçün, həm də sel fəsadlarından zərər çəkmiş vətəndaşların evlərinin təmiri üçün maliyyə vəsaitləri ayrılıb.
Bu vəsaitlərin konkret mexanizmlərlə necə bölüşdürüləcəyi növbəti mərhələdə müəyyən ediləcək. Lakin artıq aydın görünür ki, dövlət vətəndaşların üzləşdiyi problemlərin həlli istiqamətində operativ və ciddi addımlar atır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB